ABŞ-ın “United Airlines” şirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsi San-Fransiskodan Oreqon ştatına uçuş zamanı gövdə ötrüyünün bir hissəsini itirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Hava limanının direktoru Amber Cudd bununla bağlı açıqlama verib.
O bildirib ki, təyyarə planlaşdırıldığı kimi kiçik Medford şəhərindəki beynəlxalq hava limanına endikdən sonra gövdə örtüyünün itdiyi məlum olub.
Onun sözlərinə görə, təyyarə havada ikən gövdənin örtüyü qopub:
“Medfordda eniş etdikdən sonra yerli hava limanında əməliyyatlar dayandırılıb. Uçuş-enmə zolağında bir neçə saat dağıntılar üçün axtarış aparılıb, lakin heç nə tapılmayıb”.
O, güman edir ki, Birləşmiş Ştatların quru heyəti və ya pilotları növbəti uçuşdan əvvəl adi yoxlama zamanı gövdə hissəsinin itirildiyini görüblər.
“FlightAware” xidmət provayderinin saytında verilən məlumata görə isə, “United 433 reysi səhər (yerli vaxtla) San-Fransiskodan havaya qalxıb.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:10 / 16.03.2024
ABŞ-da daha bir təyyarə QƏZASI - Uçuş zamanı gövdəsi QOPDU
Hazırda oxunan: ABŞ-da daha bir təyyarə QƏZASI - Uçuş zamanı gövdəsi QOPDU
Hazırda oxunan: ABŞ-da daha bir təyyarə QƏZASI - Uçuş zamanı gövdəsi QOPDU
182873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.