Moskva Regional Dumasının görmə məhdudiyyətli deputatı Vladimir Vşivtsev ölkədəki seçki məntəqələrində yoxlamalar aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məumat yayıb.
“Mən şəxsən əmin oldum ki, səsvermə təhlükəsiz, açıq və şəffaf şəkildə keçirilib”, - deyə deputat bildirib.
Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri start götürüb. Seçkilər martın 15-dən 17-dək keçiriləcək. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritanov mübarizə aparır.
Bizim.Media