ABŞ Hərbi Hava Qüvvələrinin generalı Filip Bridlav Rusiya ilə müharibənin Ukrayna üçün nəticələrindən danışıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Faktı” nəşri yayıb.
Hərbçiyə görə, Moskva silahlı qüvvələri bütün imkanlarından istifadə edərsə, Kiyev son dərəcə çətin vəziyyətdə qalacaq.
O, Rusiya ordusunun gücünü qiymətləndirməməyin çox təhlükəli olduğunu qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Ukraynadan sonra Çexiya 18 rus diplomatını ölkədən qovdu
"Bu, qəbuledilməz və ağılsızdır. Bunu hərbçi kimi deyirəm". Bridlav belə deyib.
General Rusiya ilə qarşıdurma vəziyyətində Ukraynanın köməyə ehtiyacı olacağını vurğulayıb. Bununla belə, o, bu cür dəstək verə biləcək Qərb ölkələrinin adını çəkməyib.
"Bu, Amerika deyil, hətta NATO da deyil", deyə hərbçi əlavə edib.
Bridlav eyni zamanda, Ukraynanın Moskva ilə Vaşinqton arasında "döyüş meydanı" olması fikri ilə də razılaşmayıb.
Onun sözlərinə görə, bu Şərqi Avropa ölkəsində silahlı qarşıdurma baş verəcəyi təqdirdə, müharibə yalnız Rusiya ilə Ukrayna arasında olacaq:
"Bəli, Qərb ölkələrinin Ukraynanın köməyinə gələ biləcəyini söyləyə bilərik. Ancaq bu, hələ Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında və ya NATO ölkələri ilə Rusiya arasında açıq müharibə demək deyil".
Xatırladaq ki, Donbasdakı vəziyyət bu ilin fevralında kəskinləşib. Qondarma respublikaların atəşə tutulması daha tez-tez baş verib. Aprel ayında Ukraynadakı pilotsuz təyyarənin zərbəsi səbəbindən “Donetsk Xalq Respublikası”nda bir uşaq ölüb.
Mart ayında Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Ruslan Xomçak Ukrayna ordusunun Donbasdakı hücum ssenarisinin mümkün olduğunu söyləyib.
O, Rusiyanı Ukrayna ilə sərhəd yaxınlığında əsgər toplamaqda günahlandırıb.
Rusiya dəfələrlə Ukraynanın daxili münaqişəsində iştirak etmədiyini vurğulayıb. Eyni zamanda, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak deyib ki, Ukrayna təhlükəsizlik qüvvələri bölgə əhalisini kütləvi şəkildə qırmağa başlasa, Moskva Donbas sakinlərini qoruyacaq.
Bizim.Media