Norveçli jurnalistdən ŞOK AÇIQLAMA: Putini “Siciliya müdafiəsi” qoruyur

Hazırda oxunan: Norveçli jurnalistdən ŞOK AÇIQLAMA: Putini “Siciliya müdafiəsi” qoruyur

18260

Norveçli publisist Paul Steyqan Kiyevin Donbasda güc tətbiq etməməsi qərarını şərh edib və Ukraynaya belə bir siqnalın böyük ehtimalla Vaşinqtondan gəldiyini deyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Ukraynanın şərqindəki vəziyyət son həftələrdə kəskinləşib. Donbasda atışma mütəmadi olaraq baş verir, lakin 9 aprel tarixində Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Ruslan Xomçak münaqişənin hərbi yolla həllinin yolverilməz olduğunu bildirib. Vladimir Zelenski həmin gün barışıqdan söz açıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Putin layihəsi olan birliyə qoşulur? - Politoloqdan şok açıqlamalar


Məqalə müəllifinə görə, Kiyev Vaşinqtondan hərbi ritorikanı yumşaltmaq üçün bir əmr alıb. Öz növbəsində, Qara dənizə yeni gəmilər göndərməyi planlaşdıran ABŞ, iki gün sonra niyyətindən vaz keçib.
 

Steyqanın qeyd etdiyi kimi, bu ərəfədə Rusiya Ukraynanı Donbasa hücumun nəticələri barədə xəbərdar edib və Kerç boğazını bağlayaraq onu Azov dənizinə hərbi giriş hüququndan məhrum edib. Moskva Vaşinqtona da Rusiya sularına yaxınlaşmaq cəhdlərinə qarşı təpki göstərib və ABŞ-ın hərəkətlərini təxribat adlandırıb.


Publisist vurğulayıb ki, Rusiya zarafat etmədiyini açıq şəkildə göstərib. Digər tərəfdən Bayden məntiqsiz davranaraq əvvəlcə Putini qatil adlandırıb və sonra onu görüşə çağırıb.

Kommersant qəzetinin qeyd etdiyi kimi, Vladimir Putinə etdiyi zənglə Co Bayden 21-ci əsrin əvvəlində olduğu kimi ənənəvi siyasi şahmat oynayıb və E2-E4 gedişini edib:

Steyqan sözünə davam edərək deyib ki, Rus lideri amerikalı həmkarına Moskvanın Vaşinqtondan və NATO-dan hiyləgər olduğunu sübut edib.

Beləliklə, Putin E2-E4 gedişi zamanı tez-tez istifadə olunan “Siciliya müdafiəsi”ni düzgün oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin