Melita Vujnoviç: “Koronavirusla bağlı vəziyyət həyəcan vericidir”

Hazırda oxunan: Melita Vujnoviç: “Koronavirusla bağlı vəziyyət həyəcan vericidir”

18259

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son həftələrdə koronavirusa yoluxma və ölüm nisbətindəki artımın həyəcan verici bir tendensiya olduğunu düşünür.

Bizim.Media xəbər verir ki, bunu ÜST-ün Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vujnoviç bazar günü TASS-a bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Pandemiya nə vaxt bitəcək - ÜST-dən CAVAB


"12 aprel 2021-ci il tarixinə qədər dünyada COVID-19-dan 135.646.617 yoluxma,  2.930.732 ölüm hadisəsi olub. Artıq yeddi həftə ərzində xəstəlik və ölüm sayında artım müşahidə edirik".

"Son zamanlar ölkələrdə məhdudlaşdırıcı tədbirlərin götürülməsi, ədalətsiz peyvənd tətbiqi həyəcan verici tendensiyalardır”, deyə o, əlavə edib.

Vuynoviç koronavirusun yeni "narahatlıq doğuran" variantlarının müəyyənləşdirilməsi ilə bağlı vəziyyətin sürətlə inkişaf etdiyini vurğulayıb.

"ÜST onların yayılmasını məhdudlaşdırmaq üçün tətbiq olunan bütün tədbirlərin zamanla epidemioloji vəziyyətə və şərtlərə əsaslanaraq nəzərdən keçirilməsini tövsiyə edir" deyə təşkilatın sözçüsü bildirib.

Rusiyada federal əməliyyat qərargahına görə 4.702.101 infeksiya hadisəsi qeydə alınıb, 4.326.780 nəfər sağalıb, 105.582 nəfər ölüb.

Rəsmi Moskva ölkədəki vəziyyət barədə məlumat vermək üçün stopcoronavirus.rf resursunu işə salıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin