Ukrayna PUA-ları Rusiyanın Sankt-Peterburq, Voronej və Ryazan vilayətlərinə hücum edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, Voronej vilayətində yerli sakinlər partlayışlar və atışma səsləri barədə məlumat veriblər. Qubernatorun sözlərinə görə, bir gecədə 30-dan çox PUA vurulub.
Ən çox Buturlinovka şəhəri hücuma məruz qalıb. 4 kilometr aralıda hərbi aerodromun olduğu deyilir.
Leninqrad vilayətinin qubernatoru bildirib ki, Kirişi rayonunda KINEF zavoduna yaxınlaşan təyyarə tipli PUA vurulub.
Onun sözlərinə görə, istehsalat normal işləyir. Tələfat və dağıntı yoxdur. Qəza yerində fəsadlar lokallaşdırılaraq aradan qaldırılıb.
Ukrayna pilotsuz təyyarələri Ryazan şəhərində neft emalı zavoduna hücum edib. Nəticədə zavodda güclü yanğın baş verib.
Bizim.Media