Şolts: “Ukraynanın Qərbin davamlı dəstəyinə ehtiyacı var”

Hazırda oxunan: Şolts: “Ukraynanın Qərbin davamlı dəstəyinə ehtiyacı var”

182313

“Ukraynanın Qərbin davamlı dəstəyinə ehtiyacı var. Almaniya yardıma davam edəcək, bununla yanaşı Avropa İttifaqında həmrəyliyə ümid edir”.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Filippin Prezidenti Ferdinand Markos ilə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

“Biz Ukraynaya hərbi yardım göstərməliyik. Bilirsiniz ki, Almaniya bu il 7 milyard avrodan çox büdcə ayırıb. Mənim mövqeyim ondan ibarətdir ki, biz lazım olduğu qədər dəstəyi davam etdirməliyik, bu təkcə Almaniyaya deyil, bütün Avropa İttifaqına aiddir”, - deyə Şolts vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin