Çexiya yerli xüsusi xidmət orqanlarının iddiasına görə Rusiya Federasiyası səfirliyinin həmin ölkənin kəşfiyyat zabiti olan 18 əməkdaşını ərazisindən çıxarır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazirin birinci müavini, həmçinin xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Yan Qamaçek keçirdiyi mətbuat konfransında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Kiyevlə Moskva arasında SANKSİYA VƏ HƏBSLƏR - Savaşın ilk ŞTRİXLƏRİ...
"Çex Respublikasının Xarici İşlər Naziri olaraq, xüsusi xidmət orqanlarımız tərəfindən Rusiyanın Praqadakı səfirliyinin həmin ölkənin Xarici Kəşfiyyat İdarəsinin və Baş Kəşfiyyat İdarəsinin zabiti kimi müəyyənləşdirilən bütün əməkdaşlarını ölkədən kənarlaşdırmağa xaric etməyə qərar verdim.
Rusiya səfirliyinin 18 əməkdaşı 48 saat ərzində Çex Respublikasını tərk etməlidir",- Yan Qamaçek deyib.
Çexiyanın baş naziri Andrey Babiş isə iddia edib ki, Rusiya kəşfiyyatçıları 2014-cü ildə döyüş sursatı anbarında baş vermiş partlayışla əlaqəli ola bilərlər.
Bizim.Media