İstanbulun Tuzla rayonunda yerləşən fabrikin keramika materiallarının saxlandığı anbarında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, yanğın Memar Sinan rayonunda keramika materialları olan anbarda naməlum səbəbdən baş verib.
Yanğın qısa zamanda genişlənib.
Qısa müddətdə əraziyə gələn yanğınsöndürmə qrupları yanğına müdaxilə edib. Yanğınsöndürənlərə anbar işçiləri də kömək edib.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Bizim.Media