Britaniya hökuməti ölkədə artan islamafobiya fonunda müsəlman icmalarının müdafiəsi üçün 117 milyon funt sterlinq (təxminən 150 milyon dollar) ayıracaq.
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın daxili işlər naziri Ceyms Kleverli deyib. “Biz Yaxın Şərqdəki hadisələrin Böyük Britaniya müsəlmanlarına qarşı yönəlməsinə yol verməyəcəyik”, - deyə nazir bildirib.
Ceyms Kleverlinin sözlərinə görə, Böyük Britaniya hökuməti bu məqsədlə qarşıdan gələn 4 il ərzində 117 milyon funt-sterlinq xərcləməyi planlaşdırır.
Yeni maliyyə hesabına məscidlərin, müsəlmanlara aid dini məktəblərin və digər İslam mərkəzlərinin mühafizəsi təşkil olunacaq. Həmin vəsaitin böyük hissəsi təhlükəsizlik tədbirlərinə xərclənəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:39 / 11.03.2024
Britaniyada müsəlman icmaları müdafiə olunacaq
Hazırda oxunan: Britaniyada müsəlman icmaları müdafiə olunacaq
Hazırda oxunan: Britaniyada müsəlman icmaları müdafiə olunacaq
182042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.