İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Cozef Baydenin onu tənqid etməsini rədd edib və israillilərin əksəriyyətinin onun Qəzza zolağındakı siyasətini dəstəklədiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Netanyahu Almaniyanın Bild qəzetinə müsahibəsində deyib.
“Əgər ABŞ prezidenti bununla hesab edirsə ki, mən israillilərin əksəriyyətinin istəklərinə zidd olan şəxsi siyasət yeridirəm və bu, İsrailin maraqlarına zərərlidir, o, hər iki baxımdan səhv edir.
Qəzzada həyata keçirilən aksiyaları ölkə vətəndaşlarının böyük əksəriyyəti dəstəkləyir. Onlar (İsraillilər) qalan HƏMAS silahlılarını məhv etmək üçün gördüyümüz tədbirləri dəstəkləyirlər”, - Netanyahu bildirib.
Bayden daha əvvəl bəyan edib ki, Netanyahu Qəzzadakı hərəkətləri ilə bütün dünyanı özünə qarşı çevirdiyi üçün İsrailə kömək etməkdən daha çox zərər verir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:45 / 11.03.2024
Netanyahu: “ABŞ prezidenti səhv edir”
Hazırda oxunan: Netanyahu: “ABŞ prezidenti səhv edir”
Hazırda oxunan: Netanyahu: “ABŞ prezidenti səhv edir”
181978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.