2023-cü ilin “Dünyanın ən çox ziyarət edilən şəhərləri” siyahısında, Türkiyənin iki şəhəri ilk beşlikdə yer alıb.
Bizim.Media xəbər verir ki, beynəlxalq araşdırma şirkəti “Euromonitor International” 2023-cü ildə ən çox ziyarət edilən şəhərləri açıqlayıb.
Siyahıda birinci yeri İstanbul tutub.
18 milyon 800 min ziyarətçi ilə London ikinci, 16 milyon 800 min ziyarətçi ilə Dubay üçüncü yeri tutub.
Antalya 15 milyon 700 min ziyarətçi ilə siyahıda dördüncü yerdə qərarlaşıb.
Reytinqdə Honq Konq geri düşüb. Koronavirus epidemiyasından əvvəl müntəzəm olaraq dünyanın ən çox ziyarət edilən şəhəri seçilən Honq Konq bu dəfə 6-cı yerdə qərarlaşıb.
Sıralamada TOP10 şəhər aşağıdakı kimidir:
1.İstanbul (Türkiyə),
2.London (İngiltərə),
3.Dubay (Birləşmiş Ərəb Əmirlikləri),
4.Antalya (Türkiyə),
5.Paris (Fransa),
6.Honq Konq (Çin),
7. Banqkok (Tayland),
8. Nyu-York şəhəri (ABŞ),
9.Kankun (Meksika),
10.Məkkə (Səudiyyə Ərəbistanı)
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:52 / 10.03.2024
Dünyanın ən çox ziyarət edilən ŞƏHƏRLƏRİ
Hazırda oxunan: Dünyanın ən çox ziyarət edilən ŞƏHƏRLƏRİ
Hazırda oxunan: Dünyanın ən çox ziyarət edilən ŞƏHƏRLƏRİ
181926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.