Latviyada Rusiya televiziyalarına baxanlar cərimələndi, TV texniki isə HƏBS EDİLDİ

Hazırda oxunan: Latviyada Rusiya televiziyalarına baxanlar cərimələndi, TV texniki isə HƏBS EDİLDİ

181856

Latviyada televiziya texniki Rusiya telekanallarının tüninqinə görə həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

Nəşrin məlumatına görə, mütəxəssiz yerli sakinlərə ölkədə bloklanan rus kanallarına qoşulmağa kömək edib. Onun azı 181 nəfərə bu xidməti göstərdiyi məlum olub.

Televiziya ustası Latviyada üç ilədək həbs, ictimai işlər və ya cərimə kimi cəzaları əks etdirən məcəllə ilə ittiham edilib. 

Bildirilir ki, telekanallara qoşulanlar da məsuliyyətə cəlb edilə bilərlər. Qanunsuz TV sistemlərindən istifadə etdiklərinə görə onları 700 avroya qədər cərimə gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin