Türkiyənin “Atlas global”x9d aviaşirkətinə məxsus İstanbul-Tbilisi reysi həyata keçirən təyyarəni ildırım vurub, təyyarə Atatürk aeroportuna geri qayıtmağa məcbur olub.xa0
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, xa0bazar ertəsi sərnişinlər xa0bu barədə jurnalistlərə məlumat verib. xa0
Məlumata görə, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra onu ildırım təyyarəni vurub. Təyyarə ekipajı dərhal geri qayıtmaq barədə qərar qəbul edib.
Sərnişin Kote Matitaşvili deyib: “Hadisə nəticəsində zərərçəkən olmayıb, amma məlumata görə, təyyarə zədələnib, məhz bu səbəbdən aeroporta geri qayıtmaq qərarı alınıb”x9d.xa0
Aeroportun mətbuat xidmətindən jurnalistlərə bildirilib ki, xa0İstanbul-Tbilisi reysi hava şəraitinə görə gecikib.xa0































































































