“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/4 finalının “Borussiya” ilə ilk matçında geyindiyi formanı hərraca çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi öz Tvitter hesabında paylaşım edib.
O, formanın satışından gələn gəlirin sümük xərçəngindən əziyyət çəkən 8 yaşlı Dilara Abanoğlunun müalicəsinə sərf olunacağını deyib.
Bizim.Media
Bid now on my signed (ripped) matchworn shirt, that I wore in the first leg of our @ChampionsLeague quarter-finals against @BVB! Proceeds go to 8-year-old Dilara who is fighting against a very rare disease - let's make her live-saving surgery possible! ?? //t.co/t54tUioKag pic.twitter.com/9eubMd0VSy
— Ilkay Gündogan (@IlkayGuendogan) April 15, 2021