Qəzzada ABŞ-ın göndərdiyi havadan atılan yardım qutuları paraşütlərin açılmadığı üçün mülki vətəndaşların üzərinə düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə türk mətbuatı yazıb.
Mənbə qeyd edir ki, bölgədə kömək gözləyən qəzzalıların üzərinə düşən yardım qutuları nəticəsində bəzi insanların həyatını itirdiyi və yaralandığı deyilir.
Hadisə Qəzzanın şimalındakı Şati Qaçqın Düşərgəsində və Cela küçəsində baş verib.
Bizim.Media