Amerika prezidenti Co Bayden ənənəvi illik hesabatı ilə ABŞ Konqresində çıxışı zamanı Rusiya lideri Vladimir Putinə Ukraynadakı münaqişə ilə bağlı mesaj ünvanlayıb.
Bizim.Media ABŞ KİV-ə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri amerikalıların geri çəkilməyəcəyini qeyd edib:
“Prezident Putinə mesajım sadədir. Biz geri çəkilməyəcəyik, əyilməyəcəyik”.
Bayden yenidən Amerika parlamentini Kiyevə milyardlarla dollarlıq yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini onun imzasına təqdim etməyə çağırıb.
Qeyd edək ki, konqres keçən ilin payızından bəri sənəd üzərində razılığa gələ bilmir. Bayden həmçinin vurğulayıb ki, o, Amerika hərbçilərinin Ukraynadakı münaqişəyə cəlb olunmasının qəti əleyhinədir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:54 / 08.03.2024
Bayden: “Hərbçilərimizin Ukraynaya göndərilməsinin qəti əleyhinəyəm”
Hazırda oxunan: Bayden: “Hərbçilərimizin Ukraynaya göndərilməsinin qəti əleyhinəyəm”
Hazırda oxunan: Bayden: “Hərbçilərimizin Ukraynaya göndərilməsinin qəti əleyhinəyəm”
181651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.