Xüsusi qüvvələrin Nobeldən məhrum etdiyi qadın alim kimdir?- FAKT

Hazırda oxunan: Xüsusi qüvvələrin Nobeldən məhrum etdiyi qadın alim kimdir?- FAKT

181637

Nobel Komitəsinin son illərdə verdiyi qərarlar dünya mediası tərəfindən mübahisə predmeti kimi dəyərləndirilir. Belə qərarlardan biri də fizika, tibb-fiziologiya, kimya və iqtisadiyyat nominasiyalarında Nobel mükafatının uzun illərdir ki, qadınlara verilməməsidir. Sülh və Ədəbiyyat üzrə Nobel mükafatında qalib qadınların olmasına baxmayaraq, yerdə qalan nominasiyalarda üstünlük xa0böyük çoxluqla xa0kişilərin tərəfindədir.xa0

Lakin fizika və kimya sahələrində qadınlar sanki bilərəkdən Nobel mükafatından məhrum edilir. Moderator.az aşağıdakı faktla bunu əsaslandırmağa çalışacaq:


1903-cü ildən bu yana Nobel mükafatına cəmi iki qadın alim layiq görülüb. İndiyə qədər 203 alim fizika sahəsində Nobel mükafatına sahiblənib. Onların arasında cəmi iki qadının olması çox təəccüblüdür. Həmin qadınlar Mariya Mayer (1963) və məşhur alim Mariya Küridir.
Fizika nominasiyasında məşhur fizik, dünya fizika elminin canlı əfsanəsi sayılan Vera Rubinin hələ də Nobel mükafatına layiq görülməməsi çoxları tərəfindən təəccüblə qarşılanır. Hətta dünyanın bir çox universitet və elmi mərkəzləri sosial şəbəkələrdə “Nobel for Rubin”x9d adı altında virtual təbliğata başladılar. Lakin bunun da xeyri olmadı. Qalaktikaların hərəkəti və fırlanmasının, eləcə də bu hərəkətin bəzi fəsadlarını aşkara çıxaran 88 yaşlı fizik qadın yenə də mükafatsız qaldı.xa0


Kimya sahəsində də Nobel alan qadınların sayı fizik qadınlardan o qədər də çox deyil. Nobel tarixində 171 kimyaçıya bu mükafat təqdim olunub ki, onlardan da yalnız 4-ü qadındır. Fizika üzrə Nobel qalibi olan Mariya Küri kimya sahəsində də bu mükafata sahiblənməklə dünyada ilkə imza atmış oldu. Onun qızı İren Küri dünya tarixində Nobel mükafatına layiq görülən ikinci qadın kimyaçıdır. Doroti Holdkin (1964) və Ada Yonat (2009) Nobelə layiq görülən son kimyaçı xanımlardır.xa0
Qeyd edək ki, Nobel mükafatı eyni ildə bir nominasiyada ən çox üç adama verilə bilər. Qadınların fizika və kimya xa0nominasiyasında nə üçün bu qədər az fərqlənməsinin isə konkret bir cavabı yoxdur. Bobel Komitəsi elm dünyasında cins faktorunun heç bir önəm daşımadığını, sadəcə, elə elmi kəşflər var ki, onları dəyərləndirmək üçün on illərlə vaxt sərf olunduğunu qeyd edirlər. Üstəlik sonda mükafatın xa0təqdim edilib-edilməməsi də dəqiq deyil.xa0
Ədəbiyyat üzrə Nobel mükafatını isə indiyə qədər xa014 qadın alıb ki, bu da o biri nominasiyalara baxanda yüksək göstəricidir.xa0

Hazırladı: Elminxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin