Azərbaycanlıların kompakt yaşadığı şəhərdə komendant saatı elan edildi - SƏBƏB

Hazırda oxunan: Azərbaycanlıların kompakt yaşadığı şəhərdə komendant saatı elan edildi - SƏBƏB

18136

Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Köln şəhərində komendant saatı elan edilib.

Bizim.Media-nın məlumatına görə, insidans (hər 100 min əhalidən 100-nün virusa yoluxması) dəyərlərinin 100-ü keçdiyi Köln şəhərində axşam saat 21:00-dan sonra küçəyə çıxmaq qadağan olunub.

Köln şəhərinin bələdiyyə sədri Henriette Reker bildirib ki, əyalətdə aktiv koronavirus daşıyıcılarının 60 minə yaxın olduğunu nəzərə alaraq komendant saatı elan etməyə məcbur qalıblar.

“Axşam saat 21-dən sonra küçəyə çıxmaq qadağan olunur. Bütün mağaza və marketlər bağlanacaq. Yalnız sifarişlə çatdırılma xidməti olan restoranların, növbətçi apteklərin fəaliyyətinə icazə veriləcək”- deyə, bələdiyyə sədri H.Reker bildirib.

O, qeyd edib ki, küçəyə çıxmaq qadağasına əməl etməyən şəxslər 250 avro məbləğində cərimələnəcəklər.

Məlumat üçün bildirək ki, Köln şəhəri azərbaycanlıların kompkat yaşadığını Almaniya şəhərləri sırasındadır.

Ölkədə aktiv koronavirus daşıyıcılarının sayı 267 700 nəfərdir, 79 628 nəfər bu virusun qurbanı olub, 2 752 000 nəfər isə sağalıb. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin