ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə vəzifəsini tərk edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat yayıb.
O bildirib ki, Nuland öz istəyi ilə təqaüdə göndəriləcək: 
"Viktoriya Nuland mənə bildirdi ki, o, yaxın həftələrdə vəzifəsini tərk etmək niyyətindədir. Viktoriyanın səlahiyyət müddəti 6 Prezident və 10 Dövlət Katibinin yanında 30 ildən artıq dövlət qulluğunu əhatə edir".
Qeyd edilib ki, onun yerinə yeni təyinat olana qədər bu vəzifəni müvəqqəti olaraq dövlət katibinin idarəetmə üzrə müavini Con Bass icra edəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							18:27 / 05.03.2024
							
						Viktoriya Nuland vəzifəsindən gedir
						
							
								Hazırda oxunan: Viktoriya Nuland vəzifəsindən gedir							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Viktoriya Nuland vəzifəsindən gedir							
						181238
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































