ABŞ Ali Məhkəməsi Trampın seçkidə iştirakına qadağanı LƏĞV ETDİ

Hazırda oxunan: ABŞ Ali Məhkəməsi Trampın seçkidə iştirakına qadağanı LƏĞV ETDİ

181100

ABŞ Ali Məhkəməsi Kolorado Məhkəməsinin tətbiq etdiyi qadağanı ləğv edərək prezidentliyə namizəd Donald Trampa Koloradoda seçkilərdə iştirak etməyə icazə verib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Qərarda deyilir: qərar ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü bölməsinin dövlət vəzifəsi sahibləri və namizədlərlə bağlı tətbiqi səlahiyyəti ştatlara deyil, Konqresə aid olduğu üçün qəbul edilib.

Qeyd edilib ki, daha əvvəl Kolorado Məhkəməsi Trampın 2024-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün keçirilən yerli ilkin seçkidə iştirakını qadağan edib, Tramp isə bu qərardan yanvarın əvvəlində ABŞ Ali Məhkəməsinə şikayət etmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin