Merkelə "AstraZeneca" vaksini vuruldu

Hazırda oxunan: Merkelə "AstraZeneca" vaksini vuruldu

18101

Almaniya kansleri Angela Merkel yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.

Bizim.Media-nın xəbərinə görə, bu barədə Almaniya kanslerinin mətbuat katibi Steffen Seibert məlumat verib.

Merkel isə peyvəndlənməni pandemiya ilə mübarizədə mühüm amil kimi qiymətləndirib. 

“Şadam ki, bu gün "AstraZeneca"nın ilk dozasını vurdurdum. Mən vaksinasiya kampaniyasına qoşulan və vaksin vurduran hər kəsə təşəkkür edirəm. Vaksinasiya pandemiyanın öhdəsindən gəlmək üçün çox vacibdir”, - deyə A. Merkel qeyd edib.

Qeyd edək ki,  Almaniyada bu peyvəndin 60 yaşdan aşağı şəxslərə vurulması qadağan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin