“ABŞ-ın Türkiyə ilə çox çətin münasibətləri var, bunun tənzimlənməsi üçün xeyli iş görmək laızmdır”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Katibinin Siyasi Məsələlər üzrə Köməkçisi vəzifəsinə namizəd Viktoriya Nuland deyib.
“İkitərəfli münasibətlərimizdə yalnız Türkiyənin öz ölkəsi xaricində deyil, eyni zamanda ölkə daxilində, o cümlədən demokratiya, insan hüquqları və mətbuat azadlığı ilə əlaqəli narahatlıqlarımızı aydınlaşdırmaq üçün çox işimiz var”. O, Beynəlxalq Münasibətlər üzrə Komitənin iclasında dinləmələr zamanı belə deyib.
Nuland vurğulayıb ki, NATO müttəfiqi demokratiyanı dəstəkləməlidir:
“Ankaraya qayıtmaq və bu barədə danışmağa fürsət gözləyirəm”.
Nulandın sözlərinə görə, ABŞ S-400 raket sistemləri ilə bağlı Türkiyəyə təzyiq göstərməlidir.
Rəsmi Vaşinqton Suriya, Liviya və Dağlıq Qarabağla bağlı da eyni mövqedən çıxış etməlidir.
Və dəyərlərimizdən uzaqlaşma mövzusunda NATO-da müttəfiqlərimiz arasında söhbət aparmalıyıq".
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:40 / 16.04.2021
Viktoriya Nuland: “ABŞ S-400-ə görə Türkiyəyə təzyiq etməlidir”
Hazırda oxunan: Viktoriya Nuland: “ABŞ S-400-ə görə Türkiyəyə təzyiq etməlidir”
Hazırda oxunan: Viktoriya Nuland: “ABŞ S-400-ə görə Türkiyəyə təzyiq etməlidir”
18100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.