İngiltərə və Avstraliyada gənclər niyə spirtli içkilərdən imtina edirlər?

Hazırda oxunan: İngiltərə və Avstraliyada gənclər niyə spirtli içkilərdən imtina edirlər?

180940

Dünyanın zəngin ölkələrində gənclər getdikcə daha az spirtli içki qəbul edirlər. Bu tendensiyanın səbəbləri nədən asılıdır? 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı bir qrup britaniyalı və avstraliyalı alim bu ölkələrin gəncləri arasında sorğu aparıb.

Xatırlanır ki, 1990-cı illərin sonundan etibarən ABŞ-da gənclər əvvəlki nəsillərə nisbətən daha az içməyə başlayıblar və ya spirtli içkilərdən tamamilə imtina ediblər. Eyni tendensiya 2000-ci illərin əvvəllərində bəzi digər zəngin ölkələrdə də yaranıb.

Misal üçün, İngiltərədə son bir həftədə spirtli içki qəbul edən  16-24 yaşlı gənclərin sayı azalıb. Bu, 2002-ci ildə 67, 2021-ci ildə 37 faiz olub. 15 yaşlı gənclər arasında da içki içənlərin sayı azalıb. 2021-ci ildə 2000-ci ildəki 52%-dən 20%-ə düşüb.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, bu gün 15-20 yaşlı insanlar əvvəlki nəsillərə nisbətən daha az sağlamlıqlarından şikayət edirlər. Onların təkcə alkoqola deyil, həm də seks və siqaretə maraqları azalıb.

Sorğulara görə, yeniyetmələrin alkoqollu içkilərə münasibəti daha mənfi xarakter alıb. Tədqiqatçılar qeyd edirlər ki, yeni nəsil məhsuldarlığa daha çox diqqət yetirir və onlar asudə vaxtlarını öz gələcəklərinə investisiya qoymağa ayırırlar.
Əmək bazarında rəqabətə davam gətirmək üçün onlar daha çox təhsilə diqqət yetirir, boş vaxtlarını spirt içməkdənsə bacarıq və təcrübələrini artırmağa çalışırlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin