Rusiya Federasiyası İnquşetiya Respublikasının Karabulak ərazisində yaşayış binasında əməliyyat keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, toqquşma zamanı altı yaraqlı öldürülüb.
Hazırda terrorçuların şəxsiyyəti müəyyənləşdirilir.
FTX-nin məlumatına görə, quldurlar terror cinayətləri törətməyi planlaşdırıblar və təslim olmaqdan imtina ediblər.
Bizim.Media