Fransada prezident Emanuel Makronun siyasıtinə qarşı növbəti etirazlar başlayıb.
Bizim.Media xəbər verir ki, bu dəfə fransızlar Makronun Ukraynaya Qərb qoşunlarının göndərilməsinin mümkünlüyü ilə bağlı rezonans doğuran bəyanatından sonra küçələrə axışıblar.
Etirazçılar Fransanın Avropa İttifaqından dərhal çıxmasını və NATO-ya üzvlüyünün dayandırılmasını tələb edirlər. Həmçinin aksiya iştirakçıları “Makron, Ukraynaya özün get” şüarları səsləndirirlər.
Bizim.Media