Rusiya Avropa Birliyinin bağlı qapısını döyməyəcək, top onlardadır – Moskvadan rəsmi AÇIQLAMA

Hazırda oxunan: Rusiya Avropa Birliyinin bağlı qapısını döyməyəcək, top onlardadır – Moskvadan rəsmi AÇIQLAMA

18081

Rusiya Avropa Birliyinin (AB) bağlı qapısını döyməyəcək, çünki Brüssel yaradılan stukturu məhv etməklə qarşılıqlı əlaqələri simulyasiya edir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Rusiya Xarici İşlər Nazirliyinin Avropa Əməkdaşlığı Departamentinin müdir müavini Artem Bulatova istinadən yayıb.

"Ölkəmizlə yaxın əməkdaşlığın həqiqi simulyasiyası heç bir şəkildə dialoqun strukturunu dəyişə bilməz". Bulatov "Ekologiya sahəsində Rusiya ilə AB arasında əməkdaşlığın perspektivləri" adlı onlayn seminar zamanı belə deyib.

O, əlavə edib ki, Avropa Birliyinin nümayəndələri qarşılıqlı maraq doğuran sahələrdə fəaliyyətlərinin zəruriliyi ilə bağlı “yüksək səslə” açıqlamalar versələr də bu, hərəkətlərində öz təsdiqini tapmır:

“İllərlə inkişaf edən bütün əməkdaşlığın strukturu məhv edilib”.

Bulatov qeyd edib ki, əməkdaşlıq üçün ortaq maraqlara uyğun sahələr tapılmalıdır:

“Rusiya həmişə buna hazırdır. Bütün təkliflər masadadır, biz bağlı qapını döyməyəcəyik, top AB tərəfindədir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin