Türk İnvestisiya Fondu fəaliyyətə BAŞLAYIR

Hazırda oxunan: Türk İnvestisiya Fondu fəaliyyətə BAŞLAYIR

180794

“Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumu müxtəlif aspektlər baxımından olduqca vacib tədbirdir. Bu, həm də dünyanın diplomatiya sahəsinin ən böyük platformasıdır. Çox sayda dövlət və hökumət rəhbərlərinin iştirakı ilə baş tutan bu tədbirdə dünyadakı siyasi dalğalanmalarla yanaşı, böyük öhdəliklər tələb edən iqtisadi sahə də müzakirə olunur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Azərtac”a müsahibəsində Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev bildirib.

Hazırda böyük çətinliklərlə üzləşən dünyamız üçün iqtisadi baxımdan çıxış yollarının tapılmasının vacibliyini vurğulayan fondun rəhbəri deyib:

“Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Türk dünyası ölkələrimiz üçün prioritet məsələdir. Bu prioritetlərin əsaslarından biri də iqtisadiyyatdır. Bu baxımdan türkdilli ölkələr iqtisadi əməkdaşlığı aktiv şəkildə inkişaf etdirirlər. Bu məqsədlə də Türk İnvestisiya Fondu yaradıldı. Hazırda fondun fəaliyyəti ilə bağlı bütün rəsmi prosedurlar başa çatdırılıb. Mart ayından etibarən fondumuz fəaliyyətə keçərək birgə layihələrin maliyyələşdirilməsinə başlayacaq. Bunlar bizim iqtisadiyyatımızı yaxınlaşdıran, şəxsi biznesi dəstəkləyən, birgə müəssisələrin yaradılması və ümumilikdə Türk dünyasının inteqrasiyasına töhfə verən layihələrdir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin