İlon Mask süni intellekt chatbot ChatGPT-nin yaradıcısı OpenAI və şirkətin baş direktoru Sem Altmana qarşı iddia qaldıraraq, qeyri-kommersiya əsasında bəşəriyyətin xeyrinə süni intellektin inkişaf etdirilməsi üzrə təsisçilik missiyasından imtina etdiklərini iddia edib.
Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, müraciətdə iddia edilirdi ki, OpenAI öz internet saytında müqaviləsinin “süni intellektin bütün bəşəriyyət üçün faydalı olmasını təmin etmək üçün” olduğunu bəyan edib, lakin əslində OpenAI dünyanın ən böyük texnologiya şirkəti olan Microsoft-un törəmə şirkəti olub.
Müraciətdə şirkətin bəşəriyyətin xeyrinə deyil, Microsoft-un gəlirlərini maksimuma çatdırmaq üçün süni intellekt hazırladığı vurğulanıb və OpenAI-nin Microsoft-un mənfəətini maksimuma çatdırmağa diqqət yetirməsinin müqaviləni pozması kimi qiymətləndirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:13 / 02.03.2024
İlon Mask məşhur şirkəti MƏHKƏMƏYƏ VERDİ
Hazırda oxunan: İlon Mask məşhur şirkəti MƏHKƏMƏYƏ VERDİ
Hazırda oxunan: İlon Mask məşhur şirkəti MƏHKƏMƏYƏ VERDİ
180743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.