Ölkədən getdiyi deyilən “Landmark”ın sahibi Nərgiz Nəsrullayevadan AÇIQLAMA: “Bu barədə danışmaq istəmirəm…”

Hazırda oxunan: Ölkədən getdiyi deyilən “Landmark”ın sahibi Nərgiz Nəsrullayevadan AÇIQLAMA: “Bu barədə danışmaq istəmirəm…”

180448

Bu gün yayılan xəbərlərə görə, tanınmış sərmayəçi, kiprli iş adamı Əfruz Sami Müdüroğlunun Azərbaycandakı varisləri ölkədən gedib. Məlumatlarda o da qeyd edilir ki,  Müdüroğlu ailəsinin gəlini olan Dövlət Neft Fondu icra direktorunun müşaviri Nərgiz Nəsrullayeva da həyat yoldaşı ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə gedib. Bu gedişin səbəbi kimi isə “Landmark” Biznes Mərkəzinin sahibi olan Müdüroğlu ailəsinin Bakıdakı biznesində yaranmış vəziyyət göstərilir.

Nərgiz Nəsrullayeva Bizim.Media-nın məsələ ilə bağlı sorğusuna cavab olaraq, bu barədə danışmaq istəmədiyini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Yüksək vəzifəli məmur ölkədən qaçdı - TƏFƏRRÜAT 


“Bağışlayın, üzr istəyirəm, mən bu barədə danışmaq istəmirəm. Məsələ ilə bağlı açıqlama da vermək istəmirəm, bağışlayın…”

Nərgiz Nəsrullayeva “Siz hal-hazırda hansı ölkədəsiniz?” sualını da cavabsız qoyub.

Qeyd edək ki, ailənin sahib olduğu “Landmark” ölkədə ilk biznes mərkəzlərindən sayılır.

“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində “Köhnə dəyirman” deyilən ərazidə kiprli mühəndis və tanınmış iş adamı Efruz Sami Müdüroğlu tərəfindən inşa edilib. “Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi də Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır. O, mərhum iş adamının oğlu Eran Müdüroğlunun həyat yoldaşıdır.

Məlumat üçün bildirək ki, Nəsrullayeva Nərgiz 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin