Volodimir Zelenskinin mayın 20-də səlahiyyət müddəti bitdikdən sonra dövlət başçısı kimi fəaliyyətinin legitimliyi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciətin mətni hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Zerkalo nedeli” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Zelenskinin səfəri ölkəmizi Rusiya-Ukrayna qarşıdurması meydanına çevirəcək - Erməni deputat
Məlumata görə, müraciət məktubunu Ukrayna prezidentinin ofisi tərəfindən hazırlanıb.
Nəşrin məlumatına görə, Aparat Konstitusiya Məhkəməsinə seçkilərin hərbi vəziyyət şəraitində keçirilməsi və beşillik müddətdən sonra prezidentin səlahiyyətlərinin legitimliyi ilə bağlı suallar qaldırmağı planlaşdırır.
Qeyd edilib ki, məsələnin məhkəməyə verilməsinin məqsədəuyğunluğu barədə yekun qərar qəbul edilməyib.
Bizim.Media