Avstriyanın sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) keçmiş rəhbəri, sabiq vitse-kansler Haynts-Xristian Ştraxe beş ilədək müddətə həbs oluna bilər.
Bizim.Media xəbər verir ki, 2019-cu ildə məşhur ”Ibiza” qalmaqalına görə bütün siyasi vəzifələrindən istefa verən Ştraxeyə qarşı korrupsiya ittihamı ilə cinayət işi açılıb.
Prokurorluğun ittihamnaməsində qeyd edilir ki, hakimiyyətdə təmsil olunduğu dövrdə Ştraxe onun dostlarından birinə məxsus özəl klinikanın fəaliyyətini yaxşılaşdırmaq üçün qanunvericilikdə dəyişiklik edilməsinə nail olub.
Həm keçmiş vitse-kansler, həm də klinika sahibi qanun dəyişikliyi ilə bağlı rüşvət ödənişinə dair ittihamı rədd edirlər.
Bir neçə aydan sonra Vyana Əyalət Məhkəməsində başlayacaq məhkəmə prosesində Özəl Xəstəxanaların Maliyyələşdirilməsi Fondu haqqında qanuna müdaxilə ön planda dayanacaq.
İddia olunur ki, Ştraxe həmin qanuna dəyişiklik olunması sayəsində onun partiyasını maliyyələşdirən şəxsin özəl klinikasının göstərilən xidmətlərə görə sığorta fondlarından daha yüksək ödənişlər ala bilməsini təmin edib.
Klinika rəhbəri mətbuata açıqlamasında Avstriya Azadlıq Partiyasını siyasi görüşlərinə görə dəstəklədiyini və partiyanın hesabına pul vəsaitləri köçürdüyünü etiraf edib, lakin bu dəstəyi konkret xidmətlər gözləmədən etdiyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:12 / 16.04.2021
Avstriyanın keçmiş vitse-kansleri haqda pis xəbər: 5 ilədək həbs oluna bilər
Hazırda oxunan: Avstriyanın keçmiş vitse-kansleri haqda pis xəbər: 5 ilədək həbs oluna bilər
Hazırda oxunan: Avstriyanın keçmiş vitse-kansleri haqda pis xəbər: 5 ilədək həbs oluna bilər
18014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.