Bayden hakimiyyətdən GÖNDƏRİLİR?

Hazırda oxunan: Bayden hakimiyyətdən GÖNDƏRİLİR?

180120

Seçkilər ərəfəsində ABŞ Prezidenti çətin duruma düşüb. Mətbuatın yazdığına görə, Baydenin xəstəlikləri səbəbindən hakimiyyətdən uzaqlaşdırılacağı ilə bağlı qətnamə Nümayəndələr Palatasında müzakirə olunacaq. 

Qeyd edək ki, 80 yaşlı Prezident çıxışları zamanı tez-tez səhvlərə yol verir. Bir sıra mətbu orqanlar onun altşeymer xəstəliyinə tutulmasına eyham vurub. Beyin xəstəliyi olan altşeymer xəstəliyi qocalıq dövründə idraki zəifləmə və demensiyanın ən çox yayılmış növüdür. 

Xatırladaq ki, ABŞ Konqresinin respublikaçı çoxluğu seçkilərdə öz namizədlərinin qallib gəlməsi üçün bütün vasitələrə əl atırlar. Belə vasitələrdən biri də indiki Prezidentin xəstəliklərindən yararlanmaqdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Baydendən Trampla bağlı AÇIQLAMA: "Ölkəmizi keçmişə sürükləyir"


Hələ keçən ilin sonlarında Konqresinin Nümayəndələr Palatası Prezident Baydenin impiçmenti ilə bağlı əlavə təhqiqat aparılmasını tələb edən qətnaməni təsdiqləyib. Konqresin respublikaçı nümayəndələri bildiriblər ki, Ağ Ev Bayden haqqında konqresmenlərin tələb etdiyi məlumatı verməkdən imtina etdiyi üçün bu cür tədbirlər tələb olunub. 

Görünən odur ki, seçkilər ərəfəsi ABŞ-ın hazırkı Prezidentinin durumu heç də ürəkaçan deyil. 

Baydenin xəstəlikləri səbəbindən Baydenin  hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı Nümayəndələr Palatasında hər hansı bir qətnamənin qəbulu reallaşa bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlunun fikrincə, Baydenin istefaya göndərilməsi mümkün olan məsələ deyil. Sadəcə olaraq, respublikaçılar bu məsələdən konyuktur maraqlar naminə, dividend qazanmaq üçün istifadə edirlər:

“Prezidentə impiçment elan olunması üçün ciddi səbəblər olmalıdır. Respublikaçılar Partiyasının konyuktur maraqları baxımından Baydenin istefaya göndərilməsi tamamilə arzuolunan proses olardı. Respublikaçı keçmiş Prezident Donald Tramp da Baydenin səhhətindəki mövcud problemlərə istinad etməklə müəyyən mənada seçki ərəfəsi dividend də qazanır. Hələlik Respublikaçıların əlində olan dəlil Baydenin özünü qeyri-adekvat aparması, Misir dövlət başçısını Meksika dövlət başçısı kimi təqdim etməsi kimi amillərlə bağlıdır. 

Respublikaçıların əlində bu istiqamətdə ciddi dəlil və sübutlar varsa, təbii ki, onları Konqresə və Senata təqdim edəcəklər. Konqresdə hər iki partiya demək olar ki, paritet əsaslarla təmsil olunub. Buna görə də, indiki reallıq fonunda müxalifətin Baydenin istefasına nail ola biləcəyini düşünmürəm.  
Bütün hallarda seçkilərə bir neçə ay qalmış bu hadisə demokratların nüfuzuna endirilən növbəti zərbə olacaq. Baydenin gerçək xəstəliyi respublikaçılara ciddi dividend gətirir. Amma bütün hallarda Baydenin istefaya göndərilməsi mümkün olan məsələ deyil. Sadəcə olaraq, respublikaçılar bu məsələdən konyuktur maraqlar naminə istifadə edir və dividend qazanırlar”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin