Bodrumda bir kafedə səhərə yaxın baş verən xa0yanğında iş yeri tamamilə yanaraq külə dönüb. Dükanda salamat qalan yeganə Qurani-Kərim olub.
Moderator.az Türkiyə xəbər agentliklərinə istinadən məlumat verir ki, Bodrum Yoxuşbaşı məhəlləsindəki bir kafedə elektrik qəzası səbəbindən xa0səhərə yaxın yanğın baş verib. Məkan sahibi olan və kafenin üst mərtəbəsindəki xa0otağında yatan Bayram Koruk tüstüdən oyanıb. Hər tərəfi alov və tüstü bürüdüyünə görə aşağı enə bilməyən xa0Koruk, dama çıxaraq, yanındakı bankın binasına keçərək canını çətinliklə qurtarıb.
Alovlara tamamilə bürünmüş dükanı söndürmək üçün bölgəyə gələn xilasetmə qrupları yanğını çətinliklə nəzarət altına ala biliblər. Xilasetmə qrupları tamamilə külə dönmüş dükandan çıxan yanmamış Qurani-Kərimi görüncə şok olublar. Bütün dükanın yanmasına baxmayaraq, Qurani-Kərimin yanmadığını görənlər təəccüblərini gizlədə bilməyiblər.xa0
Yanğın əsnasında kafenin içərisində bir Qurani Kərim olduğunu və yanğında Quranın bir hərfinin belə yanmadığını ifadə edən dükan sahibi Bayram Koruk: xa0"O qədər alovun içində Quranın bir hərfi belə yanmadı. Allah hikmətini göstərir. Bu da sizə Hikmətullah. Anlayın yəni, insana dost yetər, bu da dost. Alovun içindən çıxdı Qurani-Kərim" ”“ deyib.
Türkan Yaqub
































































































