Türkiyə XİN: “Xocalı qətliamı insanlıq tarixinə qara ləkə kimi düşüb”

Hazırda oxunan: Türkiyə XİN: “Xocalı qətliamı insanlıq tarixinə qara ləkə kimi düşüb”

179870

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, paylaşımda deyilir: 

“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. 

O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq düşüb. 

Xocalıda öldürülən 613 nəfər qardaşımızın və o gün yaralanan, əsir alınan və ya itkin düşən bütün azərbaycanlıların kədəri hələ ürəyimizdədir. 
Xocalı qətliamında həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin