Ukraynanın "Pryamoy" telekanalının canlı yayımı hakerlər tərəfindən ələ keçirilib.
Bizim.Media xəbər verir ki, canlı yayım zamanı anidən ekranda qaçan sətrlərdə rus və ukrayna dillərində antiamerikan və rusiyapərəst yazılar əks olunub.
Belə ki, tirtlarda “ABŞ və Zelenski Ukraynanı məhv edəcək. Ukraynaya yardım xarabalığa gətirib çıxarır. Dünyadakı bütün şəhərlər Avdeyevkaya çevrilməmiş müharibəni dayandırın. Avdeyevka son ukraynalı ölənə qədər müharibənin yalnız başlanğıcıdır” yazıları görüntülənib.
Yayımın hansı hakerlər tərəfindən ələ keçirildiyi hələ ki, məlum deyil.
Bizim.Media