Fransada qəzəbli fermerlər Paris Kənd Təsərrüfatı Sərgisində ölkə prezidenti Emanuel Makronun ərazidən çıxışını bloklayıblar.
Bizim.Media xəbər verir ki, fermerlərin sərgi meydançasından çıxışına mane olması səbəbindən Fransa prezidenti hələ də etirazların episentrindədir.
Qəzəbli fermerlər indi Emmanuel Makronun yerləşdiyi Kənd Təsərrüfatı Sərgisinin 4-cü zalına girməyə çalışırlar. Zal ictimaiyyət üçün bağlıdır.
Etirazçılar “Makrona istefa” şüarları da səsləndirirlər.
Bizim.Media