Qərbin yeni sanksiyaları Rusiya əhalisinə qarşı YÖNƏLİB -  Medvedev

Hazırda oxunan: Qərbin yeni sanksiyaları Rusiya əhalisinə qarşı YÖNƏLİB -  Medvedev

179672

“Qərb ölkələrinin yeni anti-Rusiya sanksiyaları təkcə hakimiyyətə və ya biznesə qarşı deyil, həm də Rusiyanın bütün əhalisinə qarşı yönəlib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram-da yazıb.

Onun sözlərinə görə Qərb ölkələrinin bu addımı bütünlüklə Rusiya əhalisinə yönəlib:

“Rəqibimizin danışmağı xoşladığı kimi, bu qadağalar artıq ölkədəki hakimiyyətə və ya biznesə qarşı yönəlməyib. Onlar Rusiyanın bütün əhalisinə qarşı aparılıb”, - mesajda deyilir.

Nümunə kimi siyasətçi Rusiyanın MIR milli ödəniş sisteminin operatoruna qarşı Amerika sanksiyalarını göstərib. Bundan əlavə, Medvedev xatırladıb ki, ölkədə mənzil tikintisi ilə məşğul olan şirkətlərin fəaliyyətinə qarşı məhdudiyyətlər tətbiq edilib.
Medvedevin sözlərinə görə, Qərbin yeni sanksiyaları sadə Rusiya vətəndaşlarının həyatını daha da pisləşdirməyə yönəlib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden ABŞ-ın Rusiya əleyhinə 500-dən çox sanksiya tətbiq etdiyini təsdiqləyib.

ABŞ Xəzinədarlığı Rusiya banklarına və Rusiyanın milli ödəniş sisteminin MIR operatoruna qarşı yeni sanksiyalar elan edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin