Beynəlxalq Biatlonçular İttifaqının prezidentinin korrupsiya QALMAQALI

Hazırda oxunan: Beynəlxalq Biatlonçular İttifaqının prezidentinin korrupsiya QALMAQALI

179595

Beynəlxalq Biatlonçular İttifaqının prezidenti Olle Dalin korrupsiyada şübhəli bilinir.

Bizim Media xəbər verir ki, bir müddət əvvəl Norveçdə, qurumun əvvəlki rəhbəri Anders Besseberqin məhkəməsi başa çatıb. 

Dalinin araşdırmasını Avstriya polisi aparır. Funksioner teleyayım hüququnun “İnfront” şirkətinə real qiymətindən aşağı satmaqda günahkar sayılır. Belə bir ittiham Anders Besseberqə qarşı da irəli sürülmüşdü.
“Belə bir ittiham məni çoka salıb. Bütün bunları rədd edirəm. Onların heç bir əsası yoxdur. Sözsüz ki, bunun üçün bütün hüquqi addımları atmaq fikrindəyəm. Ən qiymətli şey mənim reputasiyamın təmizliyidir.

Hələlik, təhqiqatla bağlı heç bir məktub almamışam. Lakin məsələlərdən xəbərdaram”, – deyə 2018-ci ildən bəri İBU-nun prezidenti olan Dalin bildirib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin