ABŞ Rusiyaya görə 93 şirkəti “qara siyahı”ya SALDI

Hazırda oxunan: ABŞ Rusiyaya görə 93 şirkəti “qara siyahı”ya SALDI

179575

ABŞ ixrac məhdudiyyətli tədbirlərini genişləndirərək Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlik Rusiyanın 63, Türkiyənin 16, Çinin 8, Qırğız Respublikasının isə 2 şirkətinə sanksiya tətbiq edib.

Sanksiyalar siyahısına "PIK" inkişaf qrupu, “Meçel”, TMK şirkətləri də daxil edilib.

"Rusximalliance", "Transcontainer", "Almazuvelirexport", "İmperial Tula Silah Zavodu", "Alabuga" XİZ, "NOVATEK-Murmansk" şirkətləri də “qara siyahı”ya daxil edib.

Bundan əlavə sanksiya AURUS avtomobil markasının istehsalçısına təsir edib.
Qeyd edək ki, siyahıya əsasən xarici ticarət, elektronika, sənaye avadanlıqlarının tədarükü, turizm sahələrində fəaliyyət göstərən şirkətlər daxil edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin