İsrail hakimiyyəti Fələstin dövlətinin “birtərəfli tanınması” adlanan sənəddən rəsmən imtina edib.
Bizim.Media xəbər verir ki, Baş nazir Benyamin Netanyahu qərarı Nazirlər Kabinetinin səsverməsinə təqdim edib.
Sənədi 120 deputatdan 99-u dəstəkləyib.
“Beynəlxalq ictimaiyyətdə İsrailə birtərəfli qaydada Fələstin dövlətinin tanınması ilə bağlı son müzakirələr fonunda bu gün mən bu məsələ ilə bağlı deklarativ qərarımı hökumətin təsdiqinə təqdim edirəm. Əminəm ki, bu, geniş şəkildə qəbul olunacaq”, – deyə Netanyahu səsvermədən öncə bildirib.
O qeyd edib ki, İsrail fələstinlilərlə daimi razılaşma ilə bağlı beynəlxalq diktələri qəti şəkildə rədd edir. Nazirlər Kabinetinin təsdiq etdiyi bəyanatda deyilir ki, belə bir razılaşma ilkin şərt olmadan yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə olunacaq.
“Oktyabrın 7-də törədilən qırğından sonra belə bir tanınma terrorizm üçün böyük, görünməmiş bir mükafat olacaq və gələcək sülh razılaşmasına mane olacaq. İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşı çıxmağa davam edəcək”, - deyə Baş nazir çıxışının yekununda qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:42 / 21.02.2024
İsrail Fələstinin tanınmasını rədd edən qətnaməni TƏSDİQLƏDİ
Hazırda oxunan: İsrail Fələstinin tanınmasını rədd edən qətnaməni TƏSDİQLƏDİ
Hazırda oxunan: İsrail Fələstinin tanınmasını rədd edən qətnaməni TƏSDİQLƏDİ
179283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.