Avropa İttifaqı Rusiya üçün 13-cü sanksiyalar paketini HAZIRLADI

Hazırda oxunan: Avropa İttifaqı Rusiya üçün 13-cü sanksiyalar paketini HAZIRLADI

179186

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Belçikanın Avropa İttifaqı Şurasındakı nümayəndəliyi öz “X” hesabında paylaşıb. 

Məlumata görə, sanksiyalar fevralın 24-ü qüvvəyə minəcək: “Sanksiyalar paketi Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-nə qədər formal olaraq təsdiq ediləcək”.

Bildirilir ki, məhdudiyyətlər Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyata görə tətbiq edilib.

Yeni sanksiyalar paketinə 200-ə yaxın şirkət və fiziki şəxslər daxil edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin