Elman Paşayev: "Rusiya Kamil Zeynallını Ermənistana verə bilməz" - VİDEO

Hazırda oxunan: Elman Paşayev: "Rusiya Kamil Zeynallını Ermənistana verə bilməz" - VİDEO

179177

Rusiya heç bir halda Kamil Zeynallını Ermənistana verə bilməz.

Bizim.Media xəbər verir ki, bunu Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev "Baku TV"yə açıqlamasında deyib.

Onun sözlərinə görə, beynəlxalq konvensiyaya görə, məhbus düşmən ölkə tərəfindən axtarışdadırsa, o, ora ekstradisiya edilməməlidir: "Həm də Azərbaycanla Ermənistan arasında heç bir sülh müqaviləsi imzalanmayıb".

"Kamil Zeynallı bir ay müddətinə istintaq təcridxanasına yerləşdirilə bilər. Rusiya qanunvericiliyinə görə, Ermənistan bir ay ərzində onun ekstradisiyası ilə bağlı sənədləri təhvil verməlidir. Daha sonra məhkəmədə onun Ermənistana verilib-verilməməsi məsələsinə baxılacaq", deyə o, əlavə edib.

Bu arada Ermənistan Daxili İşlər Nazirliyi Zeynallının qətlə görə beynəlxalq axtarışa verildiyini bildirib.

Xatırladaq ki, Elman Paşayev 22 dekabr 1971-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub.

1991-ci ildə hərbi xidməti başa vurduqdan sonra jurnalist, daha sonra Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı kimi çalışıb. Elman Paşayev 1997-ci ildə Moskvaya köçüb və burada hüquq karyerasına başlayıb.

Birinci Moskva Hüquq İnstitutunda (hüquqşünaslıq ixtisası), Moskva Dövlət Hüquq Akademiyasında (hüquqşünaslıq ixtisası) və Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Dövlət İdarəçilik Akademiyasında (kadr siyasəti üzrə dövlət qulluğu ixtisası) təhsil alıb. O, Moskva Dövlət Hüquq Akademiyasında kriminalistika ixtisası üzrə aspirant olub.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin