İsrail ordusu Suriyanın paytaxtı Dəməşq şəhərinə raket zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Alikhbaria Syria” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, İsrail Silahlı Qüvvələri paytaxtın cənub-qərbində yerləşən Kfar Susa yaşayış məntəqəsini atəşə tutub.
Ölən və yaralananlar barədə məlumat verilmir.
![](http://ssl.bizim.media/file/articles/2024/02/21/1708503827_photo_5381961138968842974_y.jpg)
![](http://ssl.bizim.media/file/articles/2024/02/21/1708503847_photo_5381961138968842975_y.jpg)
Bizim.Media