Pul zibilliyi: milyardlarla manat pul aşkar olundu

Hazırda oxunan: Pul zibilliyi: milyardlarla manat pul aşkar olundu

179090
Çoxlarının getməyə ürək etmədiyi atılmış yerləri axtarıb lentə alan rusiyalı tədqiqatçılar qrupu sosial şəbəkədəki səhifəsində çox maraqlı video paylaşıb.

Sankt-Peterburq şəhərindən olan bir qrup tarixçi Moskva vilayətində hələ SSRİ dövründə tikilmiş bunkerin ərazisinə səfər edib və orada milyardlarla keçmiş sovet manatı aşkarlayıb.

“Burada əsasən 50 və 100 manatlıq əskinaslardır. Lakin 25, 10, 5 və 1 manatlıq əskinaslara da rast gəlmək olar. Unudulmaz görüntüdür!”x9d ”“ tədqiqatçılardan biri yazır.

Tapılmış pullar 1961-1991-ci illərdə SSRİ-də dövriyyədə olmuş əskinaslardır. Ehtimal edildiyinə görə, həmin pullar dövriyyədən çıxarıldıqdan sonra raket şaxtalarında basdırılması əmr olunub.

Xatırladaq ki, sovet dövründə pulların üzərində 15 müttəfiq respublikanın hər birinin dövlət dilində həmin əskinasın adı yazılırdı və Azərbaycan dilində sovet rublu məhz “manat”x9d adlanırdı.(virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin