Avropa İttifaqı (Aİ) dünyada müharibədən zərər çəkmiş insanlara dəstək üçün 83 milyon avro məbləğində humanitar yardım göstərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
“Rusiyanın Ukraynanın energetika və mülki infrastrukturuna, xəstəxanalara, məktəblərə və elektrik şəbəkələrinə məqsədyönlü hücumları insanların əsas xidmətlərə çıxışını ciddi şəkildə əngəlləyir.
Hər yeni hücumla daha çox ukraynalı evsiz qalır və şaxtalı hava şəraitində köməyə və sığınacağa ehtiyac duyur. Ukraynada 14,6 milyon insan humanitar yardıma ehtiyac duyur.
Odur ki, humanitar yardıma ayrılan 83 milyon avrodan 75 milyonu Ukraynadakı humanitar layihələrə yönəldiləcək. Buraya sığınacaq, mühafizə xidmətləri, təmiz su, təhsil və səhiyyə kimi əsas ehtiyaclara çıxış daxil olmaqla, təcili yardımın təmin edilməsinə aiddir”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:45 / 20.02.2024
Aİ 83 milyon avroluq humanitar yardımın 75 milyonunu Ukraynaya GÖNDƏRİR
Hazırda oxunan: Aİ 83 milyon avroluq humanitar yardımın 75 milyonunu Ukraynaya GÖNDƏRİR
Hazırda oxunan: Aİ 83 milyon avroluq humanitar yardımın 75 milyonunu Ukraynaya GÖNDƏRİR
179087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.