Lukaşenkodan xəbərdarlıq: Qərb kəşfiyyatı Polşada təxribat hazırlayır

Hazırda oxunan: Lukaşenkodan xəbərdarlıq: Qərb kəşfiyyatı Polşada təxribat hazırlayır

179037

“Polşa və Amerika kəşfiyyatı Polşanın mülki əhalisinə qarşı genişmiqyaslı təxribat hazırlayır. Buna görə Rusiya və Belarus günahlandırılacaq”.

Bizim.Media xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, təxribat Ukrayna, Polşa və Litva ərazisində yerləşən yaraqlıların iştirakı ilə həyata keçiriləcək:

"Artıq həmin yaraqlıların bütün ssenarilərini bilirik.

Eyni zamanda rəsmi Varşava bizim bəzi məmurları öz tərəflərinə (Zaverbovka) çəkməyə çalışır. Onlar Qərbə sadiq şəxsləri toplamaq fikrindədirlər".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin