Vəzifəyə gəldiyi gündən bu yana narkotik mafiyasına qarşı qanlı mübarizə aparan Filippin prezidenti Rodrigo Duterte, bu dəfə də siqaret çəkənlərə qarşı savaş açıb.
Xalqın sağlamlığının kommersiya mənfəətlərindən əvvəl gəldiyini söyləyən Duterte, xalqa açıq sahələrdə siqaret çəkilməsini qadağan edən fərman imzalayıb.
xa0Verilən açıqlamada, Dutertenin uzun müddət əvvəl eşitdirdiyi “Tüstüsüz hava sahəsinin yaradılması”x9d adlı fərmanla, xalqa açıq sahələrdə siqaret çəkilməsi qadağan edilib. Qərar rəsmi qəzetdə nəşr olunmasından 60 gün sonra xa0etibarlı olacaq. Sözü gedən qadağanı pozanları isə, 100 dollar və 4 ay həbs cəzası gözləyir.xa0
Qadağanın hər kəsin təmiz hava almaq hüququnun zəmanət altına alınmasını təmin etmək məqsədi ilə tətbiq edildiyi bildirilir.xa0
Duterte 2002-ci ildə Filippinin Davao şəhərinin bələdiyyə başçısı olduğu zamanda da xalqa açıq sahələrdə siqaret çəkilməsini qadağan etmişdi.
xa0 xa0
Türkan Yaqub































































































