Rusiyalı diplomat Finlandiya XİN-ə ÇAĞIRILIB

Hazırda oxunan: Rusiyalı diplomat Finlandiya XİN-ə ÇAĞIRILIB

178923

Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in rəsmi  “X” hesabında məlumat verilib.

Bildirilib ki, diplomat Rusiyanın müxalifət lideri Aleksey Navalnının ölümü ilə bağlı çağırılıb. Belə ki, ona Navalnının ölümündə Rusiyanın məsuliyyətini vurğulanıb, məsələnin tam və şəffaf araşdırılması tələb edilib.
Qeyd edək ki, Rusiyalı müxalifətçi, Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb. Onun qan laxtalanmasından (tromb) vəfat etdiyi bildirilib.

2023-cü ilin avqustunda Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs verilib. Müxalifətçi ona qarşı irəli sürülən bütün ittihamları siyasi adlandırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin