Həsən Ruhani ikinci dəfə prezident seçildi ”“ YENİLƏNİB

Hazırda oxunan: Həsən Ruhani ikinci dəfə prezident seçildi ”“ YENİLƏNİB

178846
Həsən Ruhani ardıcıl ikinci dəfə İran prezidenti seçilib.

Moderator.az -ın Reuters-ə istinadən məlumatına görə, bu barədə İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani-Fazli deyib.

“41,2 milyondan Ruhani 23,5 milyon səs qazanıb və qalib gəlib”x9d, - nazir qeyd edib.

Ruhaninin rəqibi xa0İbrahim Rəisi isə 15, 8 milyon səslə ikinci olub.

***

İranda keçirilən prezident seçkilərində Həsən Ruhani qələbə qazanıb.

Moderator.az xa0APA-ya istinadən xəbər verir ki, ilkin nəticəyə görə, indiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir.

Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir.

Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.

İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14:00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14:00-da elan olunacaq.

O deyib ki, səsvermədə seçici hüququ olanların 70%-i iştirak edib.

İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin